Layihə Haqında Ümumi Məlumat
Mega Concept olaraq “Skyline 2” layihəmiz çərçivəsində yüksək mərtəbəli yaşayış kompleksində panoramik sürgülü şüşə qapı sistemlərinin quraşdırılmasını tamamladıq. Skyline layihələrinə xas olan yüksək külək yükü və təzyiq faktorları nəzərə alınaraq, gücləndirilmiş profillər və temperli şüşələrdən istifadə edilmişdir.
Texniki Özəlliklər və Üstünlüklər:
- Külək Təzyiqinə Davamlılıq: Gücləndirilmiş alüminium karkas quruluşu sayəsində yüksək mərtəbələrdəki güclü külək yüklərinə qarşı tam davamlıdır.
- Temperli Şüşələr: Mexaniki təsirlərə və zərbələrə qarşı 5 qat daha dayanıqlı temperli şüşə panellər təhlükəsizliyi təmin edir.
- Sürüşmə Rahatlığı: Paslanmaz polad rels və rulon mexanizmi qapının hər iki istiqamətə yüngül və səssiz sürüşməsini təmin edir.
- İncə Profil Dizaynı: Mənzərəni kəsməyən ultra-incə orta kəsişmə profili (cəmi 20 mm).