Frame akardion qapılar
Frame akkordeon qapılar geniş açılış tələb olunan məkanlar üçün ideal həll təqdim edir.
Qapı panelləri qatlanaraq bir istiqamətdə toplandığı üçün keçid sahəsini tam açmağa imkan verir. Bu sistem açıq və qapalı məkanlar arasında rahat keçid yaradır. Estetik görünüşü ilə yanaşı yüksək funksionallığı da təmin edir. Müasir memarlıq layihələrində həm daxili, həm də xarici istifadə üçün geniş tətbiq olunur.
Frame akkordeon qapılar möhkəm alüminium profillər və temperli şüşə panellərlə istehsal edilir. Keyfiyyətli rels sistemi, paslanmayan aksesuarlar və davamlı təkər mexanizmləri uzunömürlü istifadəni təmin edir. Alüminium profillər elektrostatik boya ilə örtülərək hava şəraitinə qarşı əlavə qorunma əldə edir.
İstifadə sahələri
- Villalar
- Terraslar
- Restoranlar
- Kafelər
- Qış bağları
- Otellər
- Bağ evləri