Layihə Haqında Ümumi Məlumat
Mega Concept olaraq növbəti layihəmiz olan “Luxury Villa 3” malikanəsində minimalist alüminium sürgülü qapı modelinin montajını tamamladıq. Layihənin əsas hədəfi geniş açılış sahəsi yaradaraq daxili məkanı həyətyanı sahə ilə mükəmməl şəkildə birləşdirmək və panoramik mənzərəni qorumaq idi.
Texniki Özəlliklər və Üstünlüklər:
- Maksimum Şəffaflıq: İncə kənar profilləri sayəsində şüşə sahəsi genişləndirilmiş və vizual maneələr minimuma endirilmişdir.
- Səs və İstilik İzolyasiyası: Çoxkameralı profillər və xüsusi hermetik kipləşdiricilər sayəsində yüksək enerji səmərəliliyi.
- Korroziyaya Davamlılıq: Premium sinif anodlaşdırılmış alüminium material külək, yağış və günəş şüalarına qarşı tam davamlıdır.
- Rahat Keçid: Döşəmə ilə eyni səviyyədə quraşdırılmış eşik (poroq) sistemi rahat və təhlükəsiz keçidi təmin edir.